...

Türkmənistanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

İqtisadiyyat Materials 16 Aprel 2026 21:12 (UTC +04:00)
Türkmənistanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanda Azərbaycanla enerji təhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "X" hesabında paylaşım edib.

"Türkmənistanın Dövlət naziri və "Türkmənqaz" Dövlət Konserninin sədri Maksat Babayevin dəvəti ilə 16 aprel 2026-cı il tarixində Aşqabad şəhərində keçirilən “Türkmənistan – Çin Xalq Respublikası: qaz sahəsində strateji tərəfdaşlığın 20 ili” mövzusunda elmi-praktiki konfransda iştirak etməkdən məmnun oldum. Konfrans çərçivəsində qaz sektorunun inkişaf perspektivləri, enerji təhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıq imkanları üzrə maraqlı fikir mübadiləsi aparıldı", - paylaşımda qeyd edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti