...

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

İdman Materials 16 Aprel 2026 23:36 (UTC +04:00)
UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Trend-in məlumatına görə, artıq hər iki turnirdə ilk yarımfinalçılar bəlli olub.

Avropa Liqasında Almaniya "Frayburq"u ilk matçda 3 cavabsız qolla üstələdiyi İspaniya “Selta”sına ikinci görüşdə də qalib gəlib - 3:1.

Konfrans Liqasında isə Ukrayna "Şaxtyor"u Niderlandda "AZ Alkmaar"la 2:2 hesablı heç-heçə edib. Donetsk klubu birinci matçda 3:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, bu nəticələrdən sonra "Frayburq" Avropa Liqasında, "Şaxtyor" isə Konfrans Liqasında yarımfinala yüksəlib.

Qeyd edək ki, hər iki turnirdə digər oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti