...

"Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası" kitabının təqdimat keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2026 21:48 (UTC +04:00)
"Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası" kitabının təqdimat keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə İqtisad Universitetinin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak etmişdir.

Tədbirdə çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulamış, Azərbaycanın iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil edildiyini qeyd etmişlər. Bildirilmişdir ki, əsər ümumi xarakterli nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanmışdır.

Natiqlə vurğulanmışdır ki, kitab investorlara müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə, eləcə də sərmayə qoyuluşlarının perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir.

Qeyd olunmuşdur ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları, enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorun qərarvermə prosesini asanlaşdırır.

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi xüsusi vurğulanmışdır.

Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti