Bakı. Trend:
Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Hikmət Məmmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.
