Bakı. Trend:
ABŞ Donald Tramp bəyan edib ki, o, digər dünya liderləri ilə müqayisədə Çinlə bağlı ən sərt mövqe tutur.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində deyib.
“Çinlə işləmək heç vaxt asan olmur, amma biz onlarla əla anlaşırıq. Mən dünyada Çinə qarşı ən sərt mövqe tutan şəxsəm. Çin avtomobillərinə 100% gömrük rüsumu tətbiq etmişəm – ölkənin heç bir yerində Çin avtomobilləri yoxdur”, – ABŞ lideri qeyd edib.
Tramp Çinə qarşı digər “sərt” tədbirləri sadalamasına baxmayaraq, onun Çin Sədri Si Cinpin ilə yaxşı münasibətləri oğlduğunu bildirib.
