...

ABŞ-də keçirilən Livan ilə İsrail arasında danışıqlar başa çatıb

Dünya xəbərləri Materials 14 Aprel 2026 22:49 (UTC +04:00)

Bakı. Trend:

Livan və İsrail nümayəndələri arasında münaqişənin həlli ilə bağlı görüş iki saatdan çox davam edib.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı xəbər verib.

"Dövlət katibi Marko Rubionun sədrliyi ilə İsrail və Livan səfirləri arasında keçirilən görüş başa çatıb. Görüş iki saatdan çox davam edib", - deyə "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

Görüşlə bağlı başqa heç bir təfərrüat verilməyib.

Qeyd edək ki, Livan və İsrail arasında danışıqlar Vaşinqtonda baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti