Bakı. Trend:
2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 404,799 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadla məlumat verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 85,357 milyon ABŞ dolları və ya 17,4% azdır.
2025-ci ildə BƏƏ-dən gələn investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 6,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon ABŞ dolları və ya 6,4% azdır.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına qoyulan birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
