Bakı.Trend:
2025-ci ildə Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 26,334 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,963 milyon dollar və ya 65 fai azdır.
2025-ci ildə Azərbaycana ümumi birbaşa xarici investisiyalarda Almaniyanın payı 0,4 faiz təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu göstərici 2024-cü illə müqayisədə 450,9 milyon ABŞ dolları və ya 6,4 faiz azdır.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4 faiz çoxdur.
