...

Ötən il Naxçıvanda əhalinin və maaşların artım dinamikası necə olub? – Statistika

Cəmiyyət Materials 14 Aprel 2026 21:00 (UTC +04:00)
Ötən il Naxçıvanda əhalinin və maaşların artım dinamikası necə olub? – Statistika
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı 472 429 nəfərə çatıb və bu, bir il ərzində 1 486 nəfər və ya 0,3 % artım deməkdir.

Trend-in əldə etdiyi məlumata görə, iqtisadi fəal əhalinin sayı 275 513 nəfər olub və bu göstərici əvvəlki illə müqayisədə 6 545 nəfər və ya 2,4% yüksəlib. Məşğul əhalinin sayı da artaraq 261 009 nəfərə çatıb ki, bu da 1 718 nəfər və ya 0,7% artım deməkdir.

Buna baxmayaraq, rəsmi qeydiyyatda olan işsizlərin sayı 14 504 nəfər, işaxtaranların sayı isə 22 257 nəfər olaraq qalır.

Digər tərəfdən, muzdla çalışan işçilərin ümumi sayı 60 977 nəfər olub. Onların 62,1%-i və ya 37 865 nəfəri dövlət sektorunda, 37,9%-i və ya 23 112 nəfəri isə qeyri-dövlət sektorunda çalışır.

2025-ci ildə açılan 750 yeni iş yeri əmək bazarına əlavə nəfəs verib. Bu iş yerlərinin 68,4%-i qeyri-dövlət sektorunda, 31,6%-i isə dövlət sektorunda yaradılıb. Maraqlıdır ki, yeni iş yerlərinin 65,3%-i mövcud müəssisələrdə formalaşıb, yalnız 34,7%-i tam yeni yaradılan iş yerləridir.

Orta aylıq əməkhaqqı 822,3 manat olub və bu, əvvəlki illə müqayisədə 5,1% çoxdur. Dövlət sektorunda orta maaş 929,4 manat təşkil edib və burada artım 5,8% olub. Qeyri-dövlət sektorunda isə orta əməkhaqqı 648,8 manat olub və artım tempi 2,8% səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti