...

Bakıya uşaq arabasında qaçaqmal keçirmək istədilər (FOTO)

Hadisə Materials 15 Aprel 2026 12:48 (UTC +04:00)
Bakıya uşaq arabasında qaçaqmal keçirmək istədilər (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşının çamadanlarından və əl yüklərindən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1200 ədəd siqaret aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti