...

Bu ölkə sakuradan məhrum ola bilər

Dünya xəbərləri Materials 14 Aprel 2026 19:00 (UTC +04:00)
Bu ölkə sakuradan məhrum ola bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyada iqlim dəyişiklikləri fonunda sakura yox ola bilər. Problemin həlli üçün daha istiliyə davamlı yeni sakura sortlarının yaradılması lazımdır.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə barədə bioloq Dmitri Safonov bildirib.

Onun sözlərinə görə, sakura aşağı temperaturlara ehtiyac duyur. Qlobal istiləşmə səbəbindən o, getdikcə daha mülayim keçən qışları çətinliklə keçirir, zəif çiçəkləyir və tez solur. Temperaturun cəmi iki dərəcə artması belə yapon albalısının qış yuxusundan çıxma prosesini poza bilər.

Safonov qeyd edib ki, artıq hazırda klassik növlərlə müqayisədə qışda daha az soyuq tələb edən çoxsaylı sakura hibridləri mövcuddur — bəziləri üçün iki həftəlik şaxta belə kifayət edir. Bundan əlavə, ağacları süni şəkildə soyutmaq mümkündür, lakin ölkə üzrə milyonlarla bitkidən söhbət getdiyi üçün bu ideyanın praktik həyata keçirilməsi çətindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti