...

Yaponiya ASEAN üzvlərinə neft alışına kömək etmək üçün 10 milyard dollar ayıracaq

Dünya xəbərləri Materials 15 Aprel 2026 04:36 (UTC +04:00)
Yaponiya ASEAN üzvlərinə neft alışına kömək etmək üçün 10 milyard dollar ayıracaq

Bakı. Trend:

Tokio Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvlərinə bu ölkələrdən Yaponiyaya tibbi ləvazimatların fasiləsiz çatdırılmasını təmin etmək üçün 10 milyard dollarlıq neft yardımı göstərməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, müvafiq qərar çərşənbə günü Yaponiyanın Baş naziri Sanae Takaiçi tərəfindən ASEAN üzvləri ilə yanaşı Yaponiyanın da daxil olduğu Asiya Sıfır Emissiya Birliyinin (AZEC) üzvləri ilə onlayn sammit zamanı açıqlanacaq.

Bildirilib ki, maliyyələşdirmə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) vasitəsilə təmin ediləcək. Bu tədbirin əsas məqsədi Asiya ölkələrində istehsal bazasının qorunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti