...

İranın dəniz limanlarının blokadasına 10 min ABŞ hərbçisi səfərbər olunub

Dünya xəbərləri Materials 15 Aprel 2026 11:16 (UTC +04:00)
İranın dəniz limanlarının blokadasına 10 min ABŞ hərbçisi səfərbər olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri İranın dəniz limanlarının blokadasını təmin etmək üçün 10 mindən çox hərbçi, eləcə də 10-dan artıq gəmi və onlarla təyyarə cəlb edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında qeyd olunub.

“10 mindən çox amerikalı dənizçi, dəniz piyadası və pilot, həmçinin 10-dan artıq gəmi və onlarla təyyarə yük gəmilərinin İranın dəniz limanlarına daxil olmasının qarşısını almaq tapşırığını həyata keçirir”,- deyə bəyanatda bildirilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti