...

Kılıçdaroğluna 1 ilə yaxın həbs cəzası verildi

Dünya xəbərləri Materials 14 Aprel 2026 14:46 (UTC +04:00)
Kılıçdaroğluna 1 ilə yaxın həbs cəzası verildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə məhkəmə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kemal Kılıçdaroğlunu dövlət başçısını təhqir etməkdə təqsirli bilərək, ona 11 ay 20 gün həbs cəzası verib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Müvafiq qərarı Türkiyənin Mersin vilayətinin 3 saylı cəza məhkəməsi çıxarıb.

İttiham Türkiyə Cinayət Məcəlləsinin 299-cu (Dövlət başçısını təhqir etmə) maddəsi üzrə irəli sürülüb. Bu, Kılıçdaroğlunun mitinq və çıxışlarında Prezident Rəcəb Tayyib Ərdoğana yönəlmiş ifadələri ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti