...

Bəzi ərazilərdə aprel pensiyaları ödənildi

Cəmiyyət Materials 14 Aprel 2026 14:51 (UTC +04:00)
Bəzi ərazilərdə aprel pensiyaları ödənildi

Bakı. Trend:

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Qeyd edilib ki, respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti