...

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxılıb

Cəmiyyət Materials 14 Aprel 2026 14:48 (UTC +04:00)
Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların ikisi evə buraxılıb.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında müalicəsi davam etdirilən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb:

"Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil olaraq qalır".

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.
Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı "TikTok"da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti