...

Naxçıvanda ötən il kredit qoyuluşları, əmanətlər və nağdsız ödənişlər artıb

İqtisadiyyat Materials 14 Aprel 2026 12:37 (UTC +04:00)
Naxçıvanda ötən il kredit qoyuluşları, əmanətlər və nağdsız ödənişlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən iqtisadiyyata yönəldilmiş kredit qoyuluşlarının ümumi həcmi 491,1 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 81,1 milyon manat və ya 19,8 faiz çoxdur.

Məlumata əsasən, kredit qoyuluşlarının strukturunda ən böyük pay istehlak kreditlərinin payına düşüb. Hesabat dövründə istehlak kreditləri 329,4 milyon manat təşkil edib və əvvəlki illə müqayisədə 19,4 milyon manat və ya 6,3 faiz artıb. Ən yüksək artım isə biznes kreditləri üzrə müşahidə olunub. 2024-cü ildə 73,3 milyon manat olan biznes kreditləri 2025-ci ildə 132,1 milyon manata yüksəlib.

“İpoteka kreditləri üzrə kredit qoyuluşları 10,1 milyon manat olub, əvvəlki illə müqayisədə 552 min manat və ya 5,8 faiz artıb. Kənd təsərrüfatına yönəldilmiş kreditlər isə 19,4 milyon manat təşkil edib, bu istiqamətdə 2,2 milyon manat və ya 13 faiz artım qeydə alınıb. 2026-cı il 1 yanvar tarixinə muxtar respublika əhalisinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 38,3 milyon manat təşkil edib, bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 12,8 milyon manat və ya 50,1 faiz artıb. Ən mühüm göstəricilərdən biri nağdsız ödənişlərin həcmində qeydə alınıb. Belə ki, 2025-ci ildə nağdsız ödənişlərin həcmi 1 milyard 227,3 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 200,9 milyon manat və ya 19,6 faiz çoxdur”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti