Bakı. Trend:
2025-ci ildə Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib. Bu isə 2024-cü illə müqayisədə təxminən 20% azdır.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bu gün "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
"Sığorta sektoru üzrə əldə edilən mənfəətin həcmi isə 166 milyon manat olub. Sığorta şirkətlərinin səhmdarına ödənilən dividendin həcmi 133 milyon manata bərabər olub", - o bildirib.
