...

DÇ-2026 öncəsi millidə yeni baş məşqçi

İdman Materials 14 Aprel 2026 09:27 (UTC +04:00)
DÇ-2026 öncəsi millidə yeni baş məşqçi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Karlos Keyruş Qana millisinin baş məşqçisi təyin olunub.

Trend xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanı DÇ 2026-da çalışdıracaq.

Keyruş daha əvvəl Portugaliya millisi, İran, Misir, Kolumbiya və BƏƏ kimi yığmalara rəhbərlik edib. Klub səviyyəsində isə "Real" və "Sportinq"də işləyib, həmçinin "Mançester Yunayted" məşqçilər korpusunun üzvü olub.

Qrup mərhələsində Qana millisi İngiltərə yığması, Xorvatiya və Panama ilə qarşılaşacaq. Turnir ABŞ, Kanada və Meksikada 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti