Bakı. Trend:
Aprelin 14-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın
pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin
pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
