...

İran-ABŞ danışıqları keçirilə bilər - Bu tarixədək

Dünya xəbərləri Materials 13 Aprel 2026 14:50 (UTC +04:00)
İran-ABŞ danışıqları keçirilə bilər - Bu tarixədək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir, Pakistan və Türkiyədən olan vasitəçilər mövcud ziddiyyətləri aradan qaldırmaq və Yaxın Şərqdə atəşkəsin başa çatdığı aprelin 21-ə qədər məqsədilə qarşıdakı günlərdə ABŞ və İran arasında danışıqların yeni raundunu təşkil etməyə çalışırlar.

Trend xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən yazır.

Nəşrin yazdığına görə, məsələ heçdə çoxlarının gördüyü kimi dalana dirənməyib.

“Qapı hələ bağlanmayıb, hər iki tərəf danışıqlar aparır”, - adı açıqlanmayan rəsmi nəşrə bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti