Bakı. Trend:
Qətər hakimiyyəti 12 aprel tarixindən etibarən saat 06:00-dan 18:00-dək bütün növ dəniz nəqliyyatı üçün gəmiçiliyin tam bərpa olunacağını elan edib.
Trend-in məlumatına görə, bu barədə Qətərin Nəqliyyat Nazirliyi xəbər verib.
"Nəqliyyat Nazirliyi 12 aprel, bazar günü saat 06:00-dan 18:00-dək bütün növ gəmilər üçün dəniz naviqasiyasının tam bərpa olunduğunu elan edir", - deyə nazirlik "Facebook" səhifəsində yazıb.
Bəyanata əsasən, yalnız balıqçılıq lisenziyası olan gəmilərin dənizə günün 24 saatı çıxmasına icazə verilir.
