...

Prezident İlham Əliyev Xanoba kəndinin gənc sakininin arzusunu gerçəkləşdirib (VİDEO)

Siyasət Materials 11 Aprel 2026 21:33 (UTC +04:00)
Prezident İlham Əliyev Xanoba kəndinin gənc sakininin arzusunu gerçəkləşdirib (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndinə səfər ediblər və orada kəndə köçmüş Bəybalı Qasımovun evini ziyarət ediblər.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev həmçinin kənd sakininin oğlu, balaca Ayazla da söhbət edib.

Səmimi söhbət əsnasında uşaq dövlət başçısından qırmızı rəngli "KamAZ" yük maşını istəyib.

Qısa müddət sonra Prezident İlham Əliyev uşağın arzusunu yerinə yetirərək ailəsinə "KamAZ" yük maşını hədiyyə edib.

Bununla bağlı AzTV-nin çəkdiyi reportajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti