Bakı. Trend:
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və
səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz
arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8 dərəcədən 10 dərəcəyədək, gündüz 12
dərəcədən 15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə
sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı,
dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi
yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 6 dərəcədən 10 dərəcəyədək, gündüz 13
dərəcədən 17 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək,
gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.
