...

ABŞ Hörmüz boğazını minalardan təmizləməyə başlayır - Tramp

Dünya xəbərləri Materials 11 Aprel 2026 18:32 (UTC +04:00)
ABŞ Hörmüz boğazını minalardan təmizləməyə başlayır - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hörmüz boğazındakı minaların təmizlənməsi prosesinə başlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hazırda biz Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox başqa ölkələr də daxil olmaqla, bütün dünya ölkələrinə xoş niyyət jesti olaraq Hörmüz boğazının təmizlənməsi prosesinə başlayırıq", - deyə o bildirib.

O, həmçinin İranın Hörmüz boğazında mina yerləşdirmək üçün istifadə olunan 28 İran kateri "dənizin dibində" olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti