Bakı. Trend:
Aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat daxil olub.
Qeyd edək ki, bu gün səhər saatlarında Abşeron rayonunun Masazır kəndində iki qadın qətlə yetirilib.
Qəsəbə ərazisində 1989-cu il təvəllüdlü və 1996-cı il təvəllüdlü iki qadın bıçaqlanıb. Hər iki qadın hadisə yerində dünyasını dəyişib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Qətli törədən şəxs hadisə yerindən qaçıb.
Hazırda polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
