Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın kənd təsərrüfatı sektorunda iştirak etmək məqsədilə hökumətlə əməkdaşlıqda maraqlıdır.
Bu barədə Trend-in sualını cavablandıran AİB-in Azərbaycan üzrə direktoru Suniya Durrani-Camal Bakıda “Asian Development Outlook 2026” icmalının təqdimatı zamanı bildirib.
“Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatçısıdır və xarici bazarlara çıxarılan bir sıra keyfiyyətli məhsullara malikdir. Eyni zamanda ölkə ərzağın müəyyən hissəsini idxal edir. Məlum olduğu kimi, hazırkı münaqişə (Yaxın Şərq münaqişəsi – red.) kontekstində qiymət artımının gözlənildiyi sahələrdən biri gübrələrdir. Bu isə öz növbəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının xərclərinin artmasına gətirib çıxaracaq və ərzaq inflyasiyasının güclənməsi kanallarından birinə çevriləcək”, – deyə o qeyd edib.
Durrani-Camal bildirib ki, Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını qonşu ölkələrdən idxal edir. Bu baxımdan kartof və digər məhsulların qiymət artımı ərzaq inflyasiyasına əlavə təsir göstərə bilər. Onun sözlərinə görə, qısamüddətli perspektivdə, o cümlədən istehsal xərclərinin artımı fonunda inflyasiyanın sürətlənəcəyi gözlənilir.
“İstehsal xərcləri artacaq, idxal olunan ərzaq məhsullarının qiymətləri də yüksələcək. Bizim iştirakımıza gəldikdə, hazırda su sektoruna investisiya qoyuruq, çünki su kənd təsərrüfatının əsas elementidir. Söhbət su təchizatı, çirkab suların təmizlənməsi və su çatışmazlığı problemlərinin həlli ilə bağlı layihələrdən gedir. Kənd təsərrüfatında birbaşa iştirakımızı özəl sektor əməliyyatları vasitəsilə həyata keçiririk. Hökumətlə hələlik investisiyalar reallaşdırılmayıb, lakin aqrar sektora daxil olmaqda maraqlıyıq və bu il ərzində belə imkanları araşdırmağı planlaşdırırıq”, – deyə o əlavə edib.
“İstehsal xərcləri artacaq, idxal olunan ərzaq məhsullarının qiymətləri də yüksələcək. Bizim iştirakımıza gəldikdə, hazırda su sektoruna investisiya qoyuruq, çünki su kənd təsərrüfatının əsas elementidir. Söhbət su təchizatı, çirkab suların təmizlənməsi və su çatışmazlığı problemlərinin həlli ilə bağlı layihələrdən gedir. Kənd təsərrüfatında birbaşa iştirakımızı özəl sektor əməliyyatları vasitəsilə həyata keçiririk. Hökumətlə isə hələlik investisiyalar reallaşdırılmayıb, lakin aqrar sektora daxil olmaqda maraqlıyıq və bu il ərzində belə imkanları araşdırmağı planlaşdırırıq”, – deyə o əlavə edib.
