...

DİM fəaliyyəti dövründə 6 milyondan çox insanı imtahandan keçirib - Məleykə Abbaszadə

Cəmiyyət Materials 10 Aprel 2026 10:43 (UTC +04:00)
DİM fəaliyyəti dövründə 6 milyondan çox insanı imtahandan keçirib - Məleykə Abbaszadə
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib.

Trend xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, DİM-in yanaşması qlobal dünyada beynəlxalq qiymətləndirmə standartları ilə inteqrasiya sayəsində qəbul edilmiş bir modelə çevrilib:

"Hər il 15 milyondan çox elektron xidmət göstərərək, rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik. Respublika üzrə təxminən 15 min təşkilatçı (imtahan rəhbərləri və nəzarətçilər), müxtəlif bilik sahələri üzrə 7 min ekspert və 5 min müəllif və markerimiz var", o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti