...

Azərbaycanda aşağı karbonlu inkişaf strategiyası layihəsi hazırlanıb - Nazir müavini

İqtisadiyyat Materials 10 Aprel 2026 11:21 (UTC +04:00)
Azərbaycanda aşağı karbonlu inkişaf strategiyası layihəsi hazırlanıb - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda aşağı karbonlu inkişaf strategiyası layihəsi hazırlanıb. Hazırda dövlətdaxili prosedur mərhələsindədir.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

"Təbii ki, bu mühüm sənədinin icrası zamanı BMT-nin müvafiq strukturları ilə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanda dayanıqlığın artırılması üçün iqlim məlumatlarına dair erkən xəbərdarlıq sisteminin gücləndirilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda UNEP tərəfindən Azərbaycanda iqlimə davamlı şəhər və icmaların həyata keçirilməsi layihəsi planlaşdırılır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti