...

ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır - Kuba prezidenti

Dünya xəbərləri Materials 10 Aprel 2026 08:44 (UTC +04:00)
ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır - Kuba prezidenti

Bakı. Trend:

Havana Vaşinqton ilə danışıqlar aparmaqda maraqlıdır, lakin bu müzakirələr heç bir ilkin şərt olmadan həyata keçirilməlidir.

Trend-in məlumatına görə, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel “NBC News”a verdiyi müsahibədə bildirib.

Qeyd edib ki, dialoq siyasi sistem də daxil olmaqla, heç bir dəyişiklik tələbi qoyulmadan aparılmalıdır. “Biz heç bir şərt qoymadan, siyasi sistemimizi dəyişdirmək tələbi olmadan istənilən mövzuda dialoq və müzakirədə maraqlıyıq, necə ki, öz düşüncələrimiz və şübhələrimiz olan Amerika siyasi sistemində dəyişikliklər tələb etmirik”, – deyə dövlət başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti