Bakı. Trend:
Martın 9-da keçirilmis buraxılış imtahanın nəticələri ayın 25-i tarixlərindən sonra elan olunacaq.
Trend xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu konfrans çərcivəsində imzalanan Niyyət Protokolu çərçivəsində Türk Dövlətləri Təşkilatı-na üzv ölkələr arasında araşdırmalar aparmaq planlaşdırılır:
"Bir-birimizin diplomlarını tanımağa başlamazdan əvvəl
imtahanlarla bağlı təcrübə mübadiləsi aparmağı planlaşdırırıq
Bu il Azərbaycan dili üzrə imtahan hazırlamışıq və tətbiq edirik.
Beynəlxalq əməkdaşlığımız yalnız real təhsil sahəsində deyil, kadr
seçimi istiqamətində də davam edir. Bu sahədə güclü əlaqələr
qurmuşuq",-deyə DİM sədri bildirib.
