...

“IV DİVAR” – TEZLİKLƏ AZTV-DƏ! - VİDEO

Cəmiyyət Materials 10 Aprel 2026 10:11 (UTC +04:00)
“IV DİVAR” – TEZLİKLƏ AZTV-DƏ! - VİDEO

Bakı.Trend:

Tezliklə AzTV-nin efirində tamaşaçılara təqdim olunacaq “IV Divar” serialı 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş vermiş dəhşətli qətliam hadisəsinin illər sonra yaratdığı təsirləri və talelərdə buraxdığı izləri araşdırır.

Zaman keçsə də, o gecənin səssizliyi dağılmır. Hadisədən 30 il sonra bir-birindən ayrı düşmüş, lakin uşaqlıqda saf sevgi ilə bağlanmış iki insanın yolları yenidən kəsişir.

Hekayənin mərkəzində dayanan 4 əsas personajın həyat yolu fərqli istiqamətlərdən başlasa da, nəticədə eyni həqiqətə doğru uzanır. Keçmiş və bu gün arasında paralel şəkildə inkişaf edən hadisələr, həm qəhrəmanları, həm də izləyiciləri düşündürən suallar qarşısında qoyur: Həqiqət nədir? Günah kimindir? Keçmişdən qaçmaq mümkündürmü?

“IV Divar” – keçmişin kölgəsində qalan sirlərin, qırılan talelərin və gecikmiş həqiqətlərin hekayəsidir.

Serialın yayımlanan ilk anonsunu izləmək üçün linkə keçid edin: https://youtu.be/uRpoHEkE-9I

https://www.facebook.com/share/v/17Qzr6x1SW

Məqalədə:
Xəbər lenti

Xəbər lenti