Bakı. Trend:
“Walt Disney” şirkəti azı min iş yerini ixtisar etməyi planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir. The Wall Street Journal” qəzeti məlumat yayıb.
İxtisarların yaxın aylarda həyata keçiriləcəyi bildirilir. “Disney”də ümumilikdə 231 min nəfər çalışır. Onların təxminən 80%-i əyləncə sahəsi ilə məşğul olan bölmələrdə, o cümlədən əyləncə parkları və məhsul istehsalı istiqamətlərində fəaliyyət göstərir.
Nəşrin qeyd etdiyinə görə, “Disney”in keçmiş baş icraçı direktoru Bob Ayger 2022-ci ildə yenidən vəzifəsinə qayıdıb və dərhal genişmiqyaslı təkrar strukturlaşdırma prosesinə başlayıb. Bu proqram çərçivəsində 8 mindən çox əməkdaş işdən çıxarılıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, gələcək ixtisar planları Coş Damaronun şirkətin yeni rəhbəri vəzifəsinə təyin olunmasından əvvəl hazırlanmağa başlanıb.
