...

"Dərnəgül" dayanacağından son görüntülər (FOTO/VİDEO)

Gündəm Materials 10 Aprel 2026 10:25 (UTC +04:00)
"Dərnəgül" dayanacağından son görüntülər (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir, ətrafda abadlıq işləri aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata əsasən, bütün işlər yekunlaşdıqdan sonra dayanacaq sərnişinlərin istifadəsinə veriləcək. Dərnəgül ərazisində yaşayanlar rahat şəkildə sürətli elektrik qatarlarından istifadə edərək Bakı Dəmir Yolu vağzalına və Xırdalana səfər edə biləcəklər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül dayanacağının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Layihə çərçivəsində dayanacaqda 4 ədəd platforma, 2 ədəd turniket binası, 1 ədəd piyada üst keçidi inşa edilib.

ADY-nin “Dərnəgül” dayanacağından son görüntüləri təqdim edirik:

FOTO: Arif Quluzadə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti