...

Hörmüz boğazına nəzarəti yeni səviyyəyə qaldırılacaq - İranın Ali Lideri

Dünya xəbərləri Materials 9 Aprel 2026 22:54 (UTC +04:00)
Hörmüz boğazına nəzarəti yeni səviyyəyə qaldırılacaq - İranın Ali Lideri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Hörmüz boğazına nəzarəti yeni səviyyəyə qaldıracaq və döyüşlər zamanı dəyən ziyana görə kompensasiya tələb edəcək.

Trend-in məlumatına görə, bu barədə İranın Ali Lideri Müctəba Xamenei deyib.

"Biz vurulan hər bir zərərə, şəhidlərimizin qanına və bu müharibə veteranlarının yaralarına görə mütləq təzminat tələb edəcəyik və Hörmüz boğazının idarə olunmasını mütləq yeni səviyyəyə qaldıracağıq", - deyə o bildirib.

O əlavə edib ki, İran hakimiyyəti müharibə axtarmayıb və axtarmır, amma heç bir şəkildə qanuni hüquqlarımızdan imtina etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti