Bakı. Trend:
Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasının sədri vəzifəsi dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılacaq.
Trend-in əldə etdiyi məlumata görə, söhbət “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrindən gedir.
Belə ki, Əqli Mülkiyyət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasının sədri vəzifəsinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.