Bakı. Trend:
Öz liderinə tam etimad və onun ətrafında birləşmək bugünkü turbulent dünyada ən vacib amildir.
Bunu Trend-in sualını cavablandırarkən görkəmli jurnalist, radio və televiziya aparıcısı, yazıçı, ictimai xadim Mixail Qusman Bakıda keçirilən “Hakimiyyət formulu və digərləri haqqında” adlı yaradıcılıq gecəsi çərçivəsində bildirib.
“Son aylarda Azərbaycanda müxtəlif insanların hərəkətlərinin, çirkli informasiya yayımının, cəmiyyəti parçalamaq, cəmiyyətdə etimadsızlıq yaratmaq, sağlam olmayan əhval-ruhiyyə formalaşdırmaq cəhdlərinin çoxlu nümunələrini gördük. Təbii ki, bunların heç biri uğur qazana bilməzdi, amma belə cəhdlər olub və deməliyəm ki, bundan sonra da olacaq. Həmişə düşmənlərimiz, bizə yaxşılıq istəməyən insanlar olacaq. Mütləq deyil ki, onlar elə qonşu olsun. Bu, müxtəlif səbəblərlə hərəkət edən qüvvələr ola bilər. Lakin bizim üçün ən vacibi birlik, daxili həmrəylik, öz liderimizə tam etimad və onun ətrafında sıx birləşməkdir”, – o bildirib.
Qusmanın sözlərinə görə, Azərbaycan torpağında sülhün, sabitliyin və əmin-amanlığın hökm sürməsi son dərəcə vacibdir.
“Bunun təminatçısı, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətdir. O, bu əmin-amanlığın, sabitliyin və xoş günlərin Azərbaycanda daim qorunub saxlanılması üçün əlindən gələni edir. Mən bunun hansı inanılmaz səylər hesabına başa gəldiyini çox yaxşı anlayıram. Biz liderimizə etibar etməli, onun ətrafında birləşməliyik. Məhz bu və yalnız bu, bütün gələcək qələbələrimizin təminatıdır”, – deyə o yekunlaşdırıb.
