...

Azərbaycandan Litvaya və əks istiqamətə pul köçürmələri artıb

İqtisadiyyat Materials 9 Aprel 2026 13:22 (UTC +04:00)
Azərbaycandan Litvaya və əks istiqamətə pul köçürmələri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Litvadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,688 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 23,3% çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Litvanın payı 0,6% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,263 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 2,1 milyon ABŞ dolları və ya 1,7 dəfə artım deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Litvanın payı 1% təşkil edib.

2024-cü ildə Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,156 milyon ABŞ dolları, əks istiqamətdə isə 5,426 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti