...

Livanın Baş naziri Pakistandan atəşkəs razılaşmasına aydınlıq gətirməsini xahiş edib

Dünya xəbərləri Materials 9 Aprel 2026 17:58 (UTC +04:00)
Livanın Baş naziri Pakistandan atəşkəs razılaşmasına aydınlıq gətirməsini xahiş edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Livanın Baş naziri Nəvaf Salam Pakistan hökumətindən Livanın İran atəşkəs razılaşmasının müddəalarına daxil edilib-edilmədiyinin aydınlaşdırılmasını xahiş edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İran, ABŞ və İsrail müvəqqəti atəşkəsi razılaşdırsalarda, sonradan İsrail Baş naziri razılaşmanın Livanı ehtiya etmədiyini və Hizbullaha qarşı əməliyyatların tam gücü ilə davam edəcəyini bildirmişdi. İsrailin Hizbullaha qarşı həyata keçirdiyi əməliyyatlarda son bir neçə gün ərzində 200-dən çox insanın həlak olduğu qeyd olunur.

Livan Baş naziri ofisinin yaydığı məlumata görə, hökumət başçısı Salam, pakistanlı həmkarı Şahbaz Şərifə zəng edərək İslamabadın atəşkəsin təmin olunmasında göstərdiyi səyləri yüksək qiymətləndirib və ondan dünən müşahidə olunan İsrail hücumlarının təkrarlanmasının qarşısını almaq üçün atəşkəsin Livanı da əhatə etdiyini təsdiqləməsini xahiş edib.

Bu arada İran parlamentinin sədri xəbərdarlıq edib ki, Tehran Livanı “atəşkəsin ayrılmaz hissəsi” kimi görür və “sərt cavablar”la hədələyib. Bu açıqlama Livanın da atəşkəsə daxil edilməsinə yönələn beynəlxalq çağırışların artdığı bir vaxta təsadüf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti