...

Bank depozitləri artıb: milli valyutada yüksəliş, xarici valyutada azalma

İqtisadiyyat Materials 8 Aprel 2026 17:00 (UTC +04:00)
Bank depozitləri artıb: milli valyutada yüksəliş, xarici valyutada azalma
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu ilin 1 mart tarixinə bank sektorunda ümumi depozit bazasının həcmi 41,345 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu vəsaitin 25,881 milyard manatı milli valyutada, 15,5 milyard manatı isə xarici valyutadadır.

Milli valyutada yerləşdirilmiş depozitlərin 13,8 milyard manatı tələb olunanadək, 12,080 milyard manatı isə müddətli depozitlərdən ibarətdir. Xarici valyutada olan depozitlərin isə 8,1 milyard manatı tələb olunanadək, 7,3 milyard manatı müddətli depozitlərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada depozitlər 2,175 milyard manat və ya 9,2 faiz artıb. Xarici valyutada depozitlər isə 1,2 milyard manat və ya 7,5 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti