...

Həkim Məmmədovaya iş kəsildi

Gündəm Materials 9 Aprel 2026 13:13 (UTC +04:00)
Həkim Məmmədovaya iş kəsildi

Bakı. Trend:

Xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Sevinc Məmmədova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti