...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 9 Aprel 2026 12:49 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8 dərəcədən 10 dərəcəyədək, gündüz 14 dərəcədən 17 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6 dərəcədən 9 dərəcəyədək, gündüz 17 dərəcədən 22 dərəcəyədək, dağlarda gecə 1 dərəcədən 6 dərəcəyədək, gündüz 10 dərəcədən 15 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti