...

Paşinyan növbəti dəfə Putinlə görüşəcək

Dünya xəbərləri Materials 9 Aprel 2026 14:30 (UTC +04:00)
Paşinyan növbəti dəfə Putinlə görüşəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşü iyun ayına planlaşdırılır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, hökumət iclasından sonra keçirdiyi brifinqdə deyib.

“Biz növbəti görüşlər, o cümlədən iyunun ikinci yarısına nəzərdə tutulan yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”,- o bildirib.

Paşinyan qeyd edib ki, aprelin 1-də Putinlə keçirdiyi görüş çox uğurlu keçib.

“Rusiya ilə münasibətlər konstruktiv transformasiya mərhələsindədir və mən bu prosesi müsbət dəyərləndirirəm. Biz münasibətlərimizi mehriban dialoq məntiqində qoruyub saxlayacağıq”, - Paşinyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti