...

Bakıda gecə saatlarında bəzi yollar bağlanacaq

Cəmiyyət Materials 9 Aprel 2026 16:40 (UTC +04:00)
Bakıda gecə saatlarında bəzi yollar bağlanacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən( AAYDA) məlumat verilib.

Bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;
- Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində).
İşlərin icra tarixi və müddəti:

* 09 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək
* 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dək

Göstərilən tarixlərdə:

- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq;

- Ziya Bünyadov prospektində isə (“Koroğlu” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti