...

Litva Azərbaycan investisiyalarının artımında maraqlıdır - Baş nazir (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2026 11:01 (UTC +04:00)
Litva Azərbaycan investisiyalarının artımında maraqlıdır - Baş nazir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Litva arasında investisiya əməkdaşlığının genişləndirilməsi üçün aydın potensial mövcuddur, belə ki, mövcud həcmlər iki ölkə iqtisadiyyatlarının real imkanlarından aşağıdır.

Bunu Trendözəl müsahibəsində Bakı səfəri çərçivəsində Litvanın Baş naziri İnqa Ruqinene bildirib.

“Litva İKT, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik, qida sənayesi, “yaşıl” həllər, turizm və nəqliyyatla bağlı xidmətlər kimi sahələrdə öz səriştələrini təklif edə və azərbaycanlı tərəfdaşların marağını cəlb edə biləcəyi praktik sektorlarda maraqlıdır. Litva şirkətləri rəqəmsallaşma,səmərəli dövlət xidmətləri, günəş texnologiyaları, su resurslarının idarə olunması, mühəndis həlləri, eləcə də yüksək keyfiyyətli qida məhsullarının, o cümlədən süd və digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük təcrübəyə malikdir. Bunlar müasir infrastruktur və dayanıqlı həllərin tələb olunduğu bərpa və inkişaf layihələri daxil olmaqla kommersiya tərəfdaşlığı üçün imkanların yarana biləcəyi sahələrdir.

Ruqinenenin sözlərinə görə, Litva eyni zamanda ölkənin strateji çıxış və sabit biznes mühiti təklif edə bildiyi sahələrə – ilk növbədə logistika, nəqliyyat, sənaye istehsalı, turizm və bəzi innovativ sahələrə Azərbaycan investisiyalarının artmasını alqışlayardı.

"Litva Aİ bazarına praktiki giriş nöqtəsi kimi çıxış edə bilər. Bizim marağımız yalnız ticarət göstəricilərinin artımında deyil, həm də daha şaxələndirilmiş, dayanıqlı və geosiyasi sarsıntılara daha az həssas olan ikitərəfli iqtisadi əlaqələrin formalaşdırılmasındadır. Eyni zamanda Litva, ölkənin strateji çıxış və sabit biznes mühiti təklif edə bildiyi sahələrə – ilk növbədə logistika, nəqliyyat, sənaye istehsalatı, turizm və bəzi innovativ sahələrə Azərbaycan investisiyalarının artmasını alqışlayardı. Litva Aİ bazarına praktiki giriş nöqtəsi kimi çıxış edə bilər. Bizim marağımız yalnız ticarət göstəricilərinin artımında deyil, həm də daha şaxələndirilmiş, dayanıqlı və geosiyasi sarsıntılara daha az həssas olan ikitərəfli iqtisadi əlaqələrin formalaşdırılmasındadır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti