Bakı. Trend:
Tovuz rayonunda valideynlərinin imtina etdiyi bildirilən uşaqlar müayinə ediliblər.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 09.04.2026-cı il tarixində saat 14:10 radələrində 2018, 2019 və 2024-cü il təvəllüdlü 3 azyaşlı (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Azyaşlıların tibbi müayinəsi həyata keçirilib. Hər birinin
vəziyyəti qənaətbəxşdir.
xxx
15:43
Tovuz rayonunda valideynlərinin imtina etdiyi bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaqların mövcud vəziyyəti qiymətləndirilib:
"Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər.
Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək".
