...

Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni qayda

Cəmiyyət Materials 8 Aprel 2026 19:00 (UTC +04:00)
Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni qayda
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə operator və provayderlər cəlb etməklə yerinə yetiriləcək müvafiq tapşırıqlar verilib.

Belə ki, ölkədə xidmət təchizatçıları tərəfindən şəbəkə və xidmətlərin dayanıqlılığına təhlükə yaradan qəzalar, kütləvi kəsintilər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində normativ hüquqi sənədlərə zəruri əlavələr ediləcək.

Həmçinin, pperator və provayderlərin internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat verilməsini təmin etmək məqsədilə internet informasiya ehtiyatlarında müvafiq məlumatlar yerləşdiriləcək.

Görüləcək işlərin 2026-cı il avqustun 31-dək yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti