...

İran əlini tətikdən çəkməyəcək – Pezeşkian

Dünya xəbərləri Materials 9 Aprel 2026 16:12 (UTC +04:00)
İran əlini tətikdən çəkməyəcək – Pezeşkian
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran əlini tətikdən çəkməyəcək.

Trend xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” səhifəsində paylaşdığı yazıda bildirib.

“Sionist rejimin Livana qarşı təkrar-təkrar etdiyi təcavüzlərin ilkin atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır və bu, mümkün razılaşmalara münasibətdə hiyləgərlik və öhdəliklərə sadiqliyin olmamasının təhlükəli göstəricisidir. Bu təcavüzlərin davam etməsi danışıqları mənasız edəcək; bizim əllərimiz tətik üzərində qalacaq və İran heç vaxt Livandakı qardaş və bacılarını tək qoymayacaq”,- deyə Pezeşkian bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti