...

Hava hücumları nəticəsində İranda 26 tibb işçisi ölüb – Səhiyyə Nazirliyi

Dünya xəbərləri Materials 8 Aprel 2026 16:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən 40 gün ərzində ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda 26 tibb işçisi ölüb, 118 tibb işçisi yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, qeyd olunan müddətdə 226 səhiyyə mərkəzi,55 təcili yardım mərkəzi, 49 tibb məntəqəsi və 41 təcili yardım maşınına ziyan dəyib və 8 xəstəxana boşaldılıb.

Qeyd olunur ki, hücumlar nəticəsində bu müddətdə yaşı 18-dən aşağı olan 220 yeniyetmə, o cümlədənyaşı 5-dən aşağı 18 körpə ölüb, yaşı 18-dən aşağı 1 997 gənc, o cümlədən yaşı 2-dən aşağı olan 70 körpə yaralanıb.

Həmin müddətdə hərbi hava hücumları nəticəsində 257 qadın ölüb, 4 989 qadın yaralanıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti