Bakı. Trend:
Ermənistan Respublikası Parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sədrlər Ermənistan-Rusiya münasibətlərinə, həmçinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində və digər platformalarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Həmçinin Valentina Matviyenkonun Ermənistana planlaşdırılan rəsmi səfərinin təşkilati məsələləri də müzakirə olunub.
